Milli Məclisin deputatı Kiyevə səfər edəcək

Tədbirlər
22 fevral 2023 | 11:43   
Paylaşın:        

Milli Məclisin deputatı Erkin Qədirli fevralın 23-də Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.

Millət vəkili Ukrayna tərəfinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində Ukrayna Ali Radasında olacaq, burada həmkarları ilə fikir mübadiləsi aparacaq.

Səfər fevralın 25-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU