QDİƏT Parlament Məclisinin komitə iclasında

Tədbirlər
22 fevral 2023 | 16:32   
Paylaşın:        

Fevralın 22-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Hüquqi və siyasi məsələlər üzrə komitəsinin videokonfrans formatında 61-ci iclası keçirilib.

Komitə iclasında Milli Məclisin QDİƏT PM-də nümayəndə heyətinin rəhbəri, qurumun sədr müavini Eldar Quliyev, deputat Jalə Əhmədova, QDİƏT PM-in Baş katibi Asəf Hacıyev və digər üzv ölkələrin parlamentariləri iştirak ediblər.

Komitədə, əvvəlcə iclasın gündəliyi və 60-cı iclasın protokolu təsdiq edilib.

Sonra tədbirdə “QDİƏT-ə üzv dövlətlərdə iqtisadi təhlükəsizliyin gücləndirilməsində parlamentlərin rolu” mövzusunda məruzə təqdim edilib. Komitə üzvləri mövzu ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

İclasda Milli Məclisin deputatı Jalə Əhmədova mövzu ilə bağlı çıxış edib.  O, iclas iştirakçılarını salamlayaraq, əvvəlcə Türkiyədə baş verən zəlzələdə həlak olanların xatirəsini yad edib, qardaş türk xalqına başsağlığı diləklərini bildirib.

Sonra millət vəkili vurğulayıb ki, Azərbaycanda qanunyaradıcılığı prosesində vətəndaşların sağlamlığı, təhsili, məşğulluğu, və sosial müdafiəsi məsələləri prioritet istiqamət təşkil edir. Bu tendensiyanın 2023-cü ilin Dövlət büdcəsində də qabarıq şəkildə əks olunduğunu qeyd edən Jalə Əhmədova büdcədə əməkhaqlarının, pensiyaların, müavinətlərin, təhsil kimi sosial təminat xərclərin artırılması tədbirlərindən danışıb. O, Azərbaycanda vətəndaşların sosial müdafiəsinə və rifahının yüksəldilməsinə xüsusi diqqət yetirildiyini göstərir.

Yekunda komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU