Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirdə

Tədbirlər
23 fevral 2023 | 12:20   
Paylaşın:        

Milli Məclisin deputatı Nurlan Həsənov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş anım tədbirində iştirak etmək üçün fevralın 24-də Almaniya Federativ Respublikasının Berlin şəhərinə səfər edəcək.

Anım mərasiminin Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Tədbirdə Azərbaycan həqiqətləri diqqətə çatdırılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş Xocalı qətliamı barədə məlumat veriləcək, faciəni əks etdirən sənədlər təqdim olunacaq.

Səfər fevralın 26-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU