Milli Məclisdə Fransa Senatının üzvü ilə görüş

Tədbirlər
03 mart 2023 | 18:21   
Paylaşın:        

Martın 3-də Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ölkəmizdə səfərdə olan Fransa Senatının üzvü Natali Qule ilə görüşüb.

Soltan Məmmədov qonaqları salamlayaraq, Azərbaycan və Fransa əlaqələri, Fransa Senatının və Milli Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi qərəzli   qətnamələr, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına maneə törədən amillər barədə danışıb.

Söhbət zamanı Azərbaycanın 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad etməsindən sonra regionda yaranmış yeni reallıq, 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi tərəfindən imzalanmış Üçtərəfli Bəyanatın icrası, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişi, azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərlə keçirilmiş görüşün əhəmiyyəti və digər məsələlər barədə müzakirələr aparılıb.

Görüşdə Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev, Tural Gəncəliyev, Nigar Arpadarai, Fransanın ölkəmizdəki səfiri Ann Buayon və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU