Deputatımız MDB PA-nın komissiya iclasında iştirak edəcək
Milli Məclisin deputatı İqbal Məmmədov MDB Parlamentlərarası Assambleyasının Nəzarət-büdcə komissiyasının iclasında iştirak etmək üçün martın 9-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
İclasda quruma üzv dövlətlərin 2022-ci ilin maliyyə öhdəliklərinin yerinə yetirilməsi və 2023-cü ilin birinci rübündə MDB PA-nın büdcəsinə üzvlük haqlarının köçürülməsi, təşkilatın fəaliyyətinin təmin edilməsi üzrə gəlir və xərclərin smeta layihələri, MDB PA Şurasının “MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətinin maliyyələşdirilməsi haqqında” qərar layihəsi və digər məsələlərə baxılacaq.
Deputat İqbal Məmmədov MDB PA-nın komissiya iclasında müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcək.
Səfər martın 12-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi