Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər
Milli Məclisin deputatları, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Nurlan Həsənov martın 13-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.
Millət vəkilləri Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişafı və digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər martın16-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi