Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında
Martın 11-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Parlamentlərarası İttifaqın 146-cı Assambleyasının təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti iştirak edib.
Spiker Sahibə Qafarova Assambleyada çıxış edəcək.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi