AŞPA-nın komitə iclaslarında

Tədbirlər
14 mart 2023 | 13:01   
Paylaşın:        

Martın 15-dən 23-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Monitorinq, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər, Hüquqi məsələlər və insan hüquqları, həmçinin Mədəniyyət, elm, təhsil və media komitələrinin iclasları keçiriləcək.

İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinə  Milli Məclisin deputatları Rafael Hüseynov, Erkin Qədirli, Kamal Cəfərov və Nigar Arpadarai daxildirlər.

İclaslarda Miqrantların və qaçqınların inteqrasiyası, Əfqanıstan və əfqan qaçqınları üçün yaranan humanitar böhran, Şərqi Aralıq dənizində sülh və sabitliyin qorunması, Liviyada və Yaxın Şərqdə baş verən son hadisələrin Avropa üçün nəticələri, Avropa Şurası ilə Latın Amerikası arasında əlaqələrin möhkəmləndirilməsi, Avropa İnsan Hüquqları Konvensiyası və milli konstitusiyalar, Avropa İttifaqının İnsan hüquqlarına dair Avropa Konvensiyasına qoşulmasının hüquqi aspektləri, Mədəni irs və iqlim dəyişikliyi, Müharibə və sülh şəraitində mədəni kimliyin silinməsinə qarşı mübarizə və digər məsələlər müzakirə olunacaq.

Milli Məclisin deputatları komitələrdə müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, qeyd və təkliflərini bildirəcəklər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU