Milli Məclisin deputatı Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev martın 30-da Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfər edəcək.
Səfər çərçivəsində millət vəkili Bolqarıstanda aprelin 2-də keçiriləcək parlament seçkilərinə hazırlıqla tanış olacaq və seçki günü prosesin gedişini, vətəndaşların fəallığını izləyəcək.
Səfər aprelin 3-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi