Azərbaycan Respublikası Milli Məclisinin Aparatı tərəfindən dövlət qulluğuna qəbul ilə əlaqədar elan olunmuş müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmiş şəxslərin nəzərinə

Tədbirlər
04 aprel 2023 | 17:29   
Paylaşın:        

Məlum olduğu kimi, 2023-cü il fevralın 4-də Azərbaycan Respublikası Milli Məclisinin Aparatında hüquqşünas ixtisası üzrə vakant dövlət qulluğu vəzifələrinə qəbul ilə əlaqədar müsabiqə elan edilmişdir.

Bildiririk ki, müsabiqənin yazılı imtahan mərhələsi cari il aprelin 29-da Milli Məclisin inzibati binasında keçiriləcək. İmtahana yalnız hüquqşünas ixtisası üzrə ali təhsilə malik olan və sənədlərini bu il martın 3-dək müvafiq qaydada  təqdim etmiş vətəndaşlar şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar. İmtahan verəcək şəxslər aprelin 29-da saat 10:00-dan gec olmayaraq Milli Məclisin inzibati binasına gəlməlidirlər.

İmtahan zamanı mobil telefondan və digər elektron cihazlardan istifadə etmək qadağandır. Namizədlərə özləri ilə telefon və digər elektron cihazları gətirmək tövsiyə olunmur.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU