Qlobal Parlament Forumu keçiriləcək

Tədbirlər
07 aprel 2023 | 18:10   
Paylaşın:        

Milli Məclisin deputatı Məzahir Əfəndiyev aprelin 9-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərinə səfər edəcək.

Səfər çərçivəsində Məzahir Əfəndiyev Dünya Bankı və Beynəlxalq Valyuta Fondu üzrə Parlament Şəbəkəsi tərəfindən təşkil olunan 2023-cü il Qlobal Parlament Forumunun işinə qatılacaq.

Səfər aprelin 13-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU