Özbəkistanda "Şuşa günləri" keçiriləcək

Tədbirlər
10 aprel 2023 | 15:28   
Paylaşın:        

Milli Məclisin deputatları, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Tamam Cəfərova və Vüqar İsgəndərov aprelin 11-12-də Özbəkistanda keçiriləcək "Şuşa günləri" silsilə tədbirlərində iştirak edəcəklər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutacaq “Şuşa günləri”i tədbirlərinin açılış mərasimində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı beynəlxalq konfransın, kitab təqdimatının, foto və nəşrlərdən ibarət sərginin keçirilməsi, həmçinin Qarabağa aid milli geyimlərin, bədii kompozisiyaların nümayişi və konsert proqramları nəzərdə tutulub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU