Milli Məclisin deputatları Romaya səfər edəcəklər
Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və işçi qrupunun üzvü, Milli Məclisin komitə sədri Tahir Mirkişili aprelin 17-də İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcəklər.
Səfər çərçivəsində deputatlarımız İtaliya Respublikası Senatında Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni tərkibinin rəsmi təqdimat mərasimində iştirak edəcəklər.
Səfər aprelin 24-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi