Qırğızıstanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək
Milli Məclisin Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev və işçi qrupunun üzvü Cavanşir Feyziyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərə qatılmaq üçün aprelin 18-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.
Deputatlarımız burada Tarix Muzeyində təşkil olunan fotosərgidə və Qırğızıstan parlamentində keçiriləcək elmi-praktik konfransda iştirak edəcəklər.
Səfər aprelin 21-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi