Milli Məclisin sədri Sahibə Qafarova Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib

Sədrin səfərləri
20 aprel 2023 | 09:35   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın Polşaya rəsmi səfəri davam edir. Azərbaycan parlamentinin rəhbəri səfər çərçivəsində paytaxt Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.

Milli Məclisin sədri abidənin önünə əklil qoyub. Sonra Sahibə Qafarova xatirə kitabına ürək sözlərini yazıb.

Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti, həmçinin Varşava Üsyanı Muzeyi ilə də tanış olub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU