TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilib

Tədbirlər
20 aprel 2023 | 17:00   
Paylaşın:        

Aprelin 20-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) İqtisadi  əməkdaşlıq komissiyasının videokonfrans formatında 10-cu iclası keçirilib.

İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız Respublikasının qurumdakı nümayəndə heyətlərinin üzvləri iştirak ediblər. Azərbaycan nümayəndə heyətini Milli Məclisin deputatı Ağalar Vəliyev təmsil edib.

TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədri vəzifəsini icra edən, Qazaxıstan Respublikası Parlament Məclisinin üzvü  Anas Bakkojayev  iclası açaraq, diqqətə çatdırıb ki, tədbir “TÜRKPA üzv ölkələrinin ticarət-iqtisadi potensialının inteqrasiyası: yeni reallıqda gələcək nəqliyyat karkası” mövzusuna həsr olunub.

Sonra iclasda TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er çıxış edərək qurumun üzv dövlətləri arasında əlaqələrin inkişafından  və bu sahədə parlamentlərin rolundan danışıb.

Daha sonra toplantıda qeyd olunan mövzuya dair hesabat məruzəsinin layihəsi dinlənilib. Komissiya üzvləri hesabat məruzəsini və tövsiyə qərarını TÜRKPA-nın növbəti plenar iclasında baxılmaq üçün təsdiq ediblər. Həmçinin iclasda “Rəqəmsal maliyyə aktivləri haqqında” model qanun layihəsi müzakirə olunub, gündəliyə daxil olan digər məsələlərə baxılıb, komissiyanın növbəti iclasının mövzusu müəyyənləşdirilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU