Milli Məclisin sədri Sahibə Qafarova Varşava Universitetinin Fəxri diplomu və medalı ilə təltif olunub

Sədrin səfərləri
20 aprel 2023 | 19:11   
Paylaşın:        

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Varşava Universitetində olub. Spiker, burada "Dialoq və həmrəylik: Azərbaycanın əməkdaşlıq və inkişafa baxışı" mövzusunda məruzə ilə çıxış edib.

Sonra Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Varşava Universitetinin Fəxri diplomu və medalı ilə təltif olunub.

Varşava Universitetinin rektoru professor Novak Alojzy Fəxri diplomu və medalı spiker Sahibə Qafarovaya təqdim edib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU