Deputatımız Türkiyədə səfərdədir

Tədbirlər
27 aprel 2023 | 14:42   
Paylaşın:        

Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fəzail Ağamalı Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.

Deputatımız burada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Bilkent  Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti,  Hacettepe Universiteti və Azərbaycan Texniki Universitetinin birgə keçirdiyi konfranslarda və bir sıra digər tədbirlərdə iştirak edir.

Səfər aprelin 28-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU