Türkiyədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər keçirilir

Tədbirlər
01 may 2023 | 18:46   
Paylaşın:        

Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, Türkiyə parlamenti ilə əlaqələr üzrə işçi qrupunun üzvü Rəşad Mahmudov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün mayın 2-də Türkiyənin İzmir şəhərinə səfər edəcək.

Deputatımız burada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə 9 Eylül Universiteti və  Azərbaycan Dillər Universitetinin birgə keçirdiyi konfranslarda və bir sıra digər tədbirlərdə iştirak edəcək.

Səfər mayın 6-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU