Deputatımız Qlobal Qadınlar Sammitində iştirak edəcək

Tədbirlər
02 may 2023 | 10:15   
Paylaşın:        

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Qlobal Qadınlar Sammitində iştirak etmək üçün mayın 3-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər edəcək.

Tədbirdə qlobal və regional meqatrendlər, davamlılığın yenidən müəyyən edilməsi, qadın sahibkarlığının inkişafı, ailə biznesində yeni reallığa keçid, gender bərabərliyinin beynəlxalq göstəricilərinin təmin edilməsi, enerji sahəsində qadınların fəaliyyəti, rəqəmsal transformasiya və əməyin gələcəyi, qadınlara məxsus müəssisələrin maliyyələşdirilməsi üçün yeni şərtlər və digər məsələlərlə bağlı  müzakirələr aparılacaq.

Səfər mayın 7-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU