Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallığa işgüzar səfərə gedib

Sədrin səfərləri
04 may 2023 | 19:43   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya kralı III Çarlzın tacqoyma mərasimində iştirak etmək məqsədilə mayın 4-də bu ölkəyə işgüzar səfərə gedib.

Londonun "Luton" beynəlxalq hava limanında Azərbaycan parlamentinin rəhbərini Kralın nümayəndəsi Ruth Bell, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin təmsilçisi Nik Karter, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU