Rusiya Federasiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər keçirilir

Tədbirlər
05 may 2023 | 15:04   
Paylaşın:        

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı dünyanın bir çox ölkələrində, o cümlədən Rusiyada silsilə tədbirlər keçirilir.

Rusiya Federasiyasında Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə mayın 5-də Vladiqafqaz, mayın 7-də isə Pyatiqorsk şəhərlərində səfərdə olacaq.

Tədbirlərdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə danışılacaq, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş idman yarışları və mədəni proqramlar təşkil ediləcək.

Səfər mayın 7-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU