Rusiyada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər keçiriləcək

Tədbirlər
06 may 2023 | 12:50   
Paylaşın:        

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar  Rusiya Federasiyasında keçirilən tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatları Mixail Zabelin və Rauf Əliyev mayın 8-də bu ölkənin Həştərxan şəhərində səfərdə olacaqlar.

Yubiley tədbirlərində Ulu Öndər, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunacaq, onun Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda xidmətləri qeyd ediləcək, ölkəmizin hərtərəfli tərəqqisi naminə gördüyü işlərdən danışılacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU