Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər

Tədbirlər
06 may 2023 | 13:01   
Paylaşın:        

Milli Məclisin bir qrup deputatı mayın 8-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

Səfər çərçivəsində Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev, nümayəndə heyətinin üzvləri Sevil Mikayılova və Nurlan Həsənov Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər mayın 12-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU