Milli Məclisin deputatı AŞPA-nın konfransında iştirak edəcək

Tədbirlər
06 may 2023 | 13:07   
Paylaşın:        

Milli Məclisin deputatı Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) konfransında iştirak etmək üçün mayın 8-də İsveçrənin Bern şəhərinə səfər edəcək.

Konfrans “Böhran dövründə seçkilər: çağırışlar və imkanlar” mövzusuna həsr olunub. Tədbirdə koronavirus (COVİD-19)  pandemiyasının, təbii fəlakətlərin və silahlı münaqişələrin seçkilərə təsiri ilə bağlı müzakirələr aparılacaq.

Səfər mayın 11-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU