Milli Məclisin sədri Sahibə Qafarova Londonda Kral III Çarlzın tacqoyma mərasimində iştirak edib

06 may 2023 | 20:55   
Paylaşın:        

Mayın 6-da Böyük Britaniya və Şimali İrlandiya Kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.

Londonun Vestminster Abbatlığında baş tutan mərasimdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib. Qeyd edək ki, mərasimdə bir çox dövlət və hökumət başçıları da daxil olmaqla, iki mindən çox qonaq iştirak edib.

Qeyd edək ki, mərasimdə spiker Sahibə Qafarova, Birləşmiş Krallığın xarici işlər naziri James Cleverly, Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuat Oktay, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov və Özbəkistan Baş nazirinin müavini Cəmşid Kuçkarovla görüşüb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU