AŞPA-nın komitə iclasında
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Nigar Arpadarai Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün mayın 10-da Paris şəhərinə yola düşəcəklər.
Tədbirdə İmmiqrasiya-Avropanın demoqrafik yaşlanmasına cavablardan biri kimi, İtkin düşmüş miqrantların, qaçqınların və sığınacaq axtaranların taleyinə aydınlıq gətirməyə çağırış və digər məsələlər müzakirə olunacaq.
İclasda deputat Nigar Arpadarainin Miqrantların, qaçqınların və məcburi köçkünlərin idman vasitəsilə sosial inteqrasiyası mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq.
Səfər mayın 14-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi