Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley tədbirlərində

Tədbirlər
08 may 2023 | 18:15   
Paylaşın:        

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı Emin Hacıyev mayın 9-da Rusiya Federasiyasının Ulyanovsk şəhərinə səfər edəcək.

Burada Heydər Əliyevin xatirəsi anılacaq, Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan bəhs olunacaq, onun görkəmli dövlət və siyasi xadim kimi fəaliyyətinə nəzər salınacaq.

Səfər mayın 11-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU