Milli Məclisin deputatı Türkiyənin Konya şəhərində səfərdə olacaq
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Türkiyə Respublikasında keçiriləcək prezident və parlament seçkilərini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) xətti ilə müşahidə etmək üçün mayın 12-də Türkiyənin Konya şəhərinə səfər edəcək.
Deputatımız burada seçkilərə hazırlıqla tanış olacaq, seçki günü məntəqələrdə prosesin gedişini və seçicilərin fəallığını izləyəcək.
Səfər mayın 15-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi