AŞPA-nın Daimi Komitəsinin iclası keçiriləcək

Tədbirlər
13 may 2023 | 10:02   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının(AŞPA) Daimi komitəsinin iclasında iştirak etmək üçün mayın 14-də İslandiyanın Reykyavik şəhərinə səfər edəcək.

Daimi komitənin iclasında “Avropa Şurası çoxtərəfli arxitekturanın əsas oyunçusu kimi”, “Avropa Şurası insan hüquqlarının müdafiəsinin pioneri kimi: yeni nəsil hüquqlar”  və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Komitə sədri səfər çərçivəsində İslandiya parlamentinin İslandiya Universiteti ilə birgə keçirəcəyi “Gələcək üçün demokratiya ölçüsü” mövzusunda dəyirmi masanın işinə də qatılacaq.

Səfər mayın 16-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU