Azərbaycan nümayəndə heyəti Moskvada Ulu Öndər Heydər Əliyevin yubiley tədbirlərində iştirak edəcək

Sədrin səfərləri
14 may 2023 | 22:45   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün mayın 14-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə işgüzar səfərə gəlib.

Moskva şəhərinin Vnukovo-2 beynəlxalq hava limanında nümayəndə heyətini Rusiya Dövlət Duması sədrinin müavini Aleksey Qordeyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində nümayəndə heyəti Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında, Federal Məclisin Federasiya Şurasında və TASS Agentliyində görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunmuş foto sərgilərin açılışında və digər tədbirlərdə iştirak edəcək.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU