AŞPA komitələrinin iclaslarında

Tədbirlər
19 may 2023 | 16:35   
Paylaşın:        

Mayın 21-də Milli Məclisin deputatı  Sevinc Fətəliyeva AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərinə, deputatlar Erkin Qədirli və Kamal Cəfərov isə bu təşkilatın Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün Kipr Respublikasının Larnaka şəhərinə səfər edəcəklər.

Komitə iclaslarında əmək, sosial, sağlamlıq və digər insan hüquqları, həmçinin sosial müdafiə mövzularında məruzələr dinləniləcək, insan alverinə, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə kimi məsələlər müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək.

Milli Məclisin deputatları komitələrdə müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcək, qeyd və təkliflərini verəcəklər.

Deputat Kamal Cəfərov AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında “Birləşmiş Krallığın insan hüquqları qanunvericiliyində islahatları: daxildə və Avropada insan hüquqlarının qorunması kontekstində nəticələri” mövzusunda məruzə ilə çıxış edəcək.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU