Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Serbiya Respublikasına rəsmi səfəri başlayıb

Sədrin səfərləri
24 may 2023 | 22:00   
Paylaşın:        

Mayın 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Serbiya Respublikasının Belqrad şəhərinə rəsmi səfərə gəlib.

Nümayəndə heyətinə Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Serbiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, deputat Əliabbas Salahzadə və digər rəsmi şəxslər daxildirlər.

Belqrad şəhərinin Nikola Tesla adına hava limanında nümayəndə heyətini Serbiya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Duşan Mariç, Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin Serbiya Respublikasının Prezidenti, bu ölkənin Milli Assambleyasının spikeri və Baş naziri ilə görüşləri nəzərdə tutulur. Burada nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edəcək, 28 may - Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılacaqdır.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU