Milli Məclisin deputatı Ankarada səfərdə olacaq
Milli Məclisin deputatı Rafael Hüseynov Türkiyə Respublikasında keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 27-də bu ölkənin paytaxtı Ankara şəhərinə səfər edəcək.
Səfər çərçivəsində deputatımız AŞPA-nın seçki müşahidə missiyasının tərkibində Türkiyə Respublikasında mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turuna hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcək.
Səfər mayın 29-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi