Litvada Azərbaycanın Müstəqillik Günü qeyd olunacaq
Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev və qrupun üzvü Rasim Musabəyov mayın 29-da Litva Respublikasının paytaxtı Vilnüs şəhərinə səfər edəcəklər.
Deputatlar burada Azərbaycanın 28 May - Müstəqillik Günü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək, həmçinin Litva Seymində həmkarları ilə görüşlər keçirəcəklər.
Səfər iyunun 2-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi