Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər

Tədbirlər
01 iyun 2023 | 17:48   
Paylaşın:        

Azərbaycan Respublikası Milli Məclisi, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası (MDB PA) və MDB PA-nın Assambleya Şurasının Katibliyinin Demokratiyanın, Parlamentarizminin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) Bakı filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları iyunun 1-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər, abidəsi önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər qoyulub.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsI



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU