AŞPA-nın konfransında

Tədbirlər
05 iyun 2023 | 10:52   
Paylaşın:        

Milli Məclisin deputatı  Sevinc Fətəliyeva iyunun 6-da AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin konfransında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcək.

Konfransda Avropa Komissiyası və Avropa Şurasının birgə layihəsi olan “Avropada uşaq iştirakçılığı üzrə milli çərçivələrin və fəaliyyətin gücləndirilməsi (CP4 Avropa)” layihəsinin icrasının nəticələri müzakirə ediləcək, müvafiq tövsiyələr hazırlanacaq.

Səfər iyunun 8-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU