Parlamentdə ictimai dinləmə keçiriləcək

Tədbirlər
08 iyun 2023 | 16:59   
Paylaşın:        

İyunun 12-də Milli Məclisdə parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçiriləcək.

Dinləmədə Milli Məclisin deputatları, mövzu ilə əlaqədar aidiyyəti qurumların rəhbərləri, alim və tədqiqatçılar, media orqanlarının rəhbər şəxsləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Tədbir iştirakçıları Qərbi Azərbaycanda tarixi-mədəni irsimizin soyqırıma məruz qalması, bu kimi halların beynəlxalq ictimaiyyətə çatdırılması, bu bölgədə Azərbaycanın tarixi və mədəni irsinin bərpası və dirçəlişi ilə bağlı fikirlərini bölüşəcəklər, təkliflərini verəcəklər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU