Azərbaycan və Estoniya parlamentarilərinin onlayn görüşündə

Tədbirlər
08 iyun 2023 | 18:26   
Paylaşın:        

İyunun 8-də Milli  Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Estoniya Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupu ilə onlayn görüşü keçirib.

Onlayn görüşdə Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova çıxış edərək iştirakçıları salamlayıb, Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələrin inkişafına önəm verməsindən danışıb. O, bu əlaqələrin dərinləşməsində deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Sonra Estoniya Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupu rəhbəri Riina Solman Azərbaycan parlamenti ilə münasibətlərin irəli aparılmasında və əməkdaşlığın dərinləşməsində maraqlıdırlar.

Görüşdə parlamentlərarası əlaqələrimizin mövcud durumu, inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Videokonfransda görüşdə Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Musa Quliyev, Musa Qasımlı, Ülviyyə Həmzəyeva, Arzu Nağıyev, Azər Kərimli, estoniyalı parlamentarilər və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU