Milli Məclisin deputatları beynəlxalq konfransda iştirak edəcəklər

Tədbirlər
10 iyun 2023 | 12:36   
Paylaşın:        

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlar Ceyhun Məmmədov, Mahir Abbaszadə iyunun 12-də Mərakeş Krallığının Mərakeş şəhərinə səfər edəcəklər.

Deputatlar BMT-nin Sivilizasiyalar Alyansının və Məhəmmədiyyə Din Alimləri Liqasının dəstəyi ilə Mərakeş parlamenti və Parlamentlərarası İttifaq tərəfindən “Ortaq gələcəyimiz naminə birgə iş” mövzusunda konfransın işində iştirak edəcəklər.

Konfransda qanunun aliliyi,  dinlərarası dialoq vasitəsilə regional və qlobal sülhün təşviqi, parlamentarilər və dini icmalar arasında əməkdaşlıq, dövlətçiliyin qorunması, etiqad azadlığı və bir sıra digər məsələlərin müzakirəsi keçiriləcək.

Səfər iyunun 16-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU