Deputatımız Qazaxıstana səfər edəcək

Tədbirlər
10 iyun 2023 | 12:41   
Paylaşın:        

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iyunun 12-də Qazaxıstanın Almatı şəhərinə səfər edəcək.

Millət vəkili Al-Farabi adına Qazax Milli Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində deputatımız, həmçinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və görkəmli ədib Mir Cəlal Paşayevin 115 illik yubileyi ilə bağlı bir sıra tədbirlərə də qatılacaq.

Səfər iyunun 19-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU