Misirdə keçirilən kikboksinq üzrə “Heydər Əliyev kuboku” başa çatıb

Tədbirlər
12 iyun 2023 | 18:58   
Paylaşın:        

Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin  və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə kikboksinq üzrə yarış keçirilib.

Yarışın açılışında Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və suverenliyinin xilası və möhkəmləndirilməsində əvəzsiz rolundan və müstəsna xidmətlərindən, bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsinin inkişafı naminə həyata keçirdiyi böyük işlərdən bəhs edib. Vitse-spiker Ulu Öndərin əsasını qoyduğu bədən tərbiyəsi və idman siyasətinin bu gün öz uğurlu nəticələrini verdiyini, Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanındığını bildirib.

Azərbaycan və Misir kikboksçuları arasında “Heydər Əliyev kuboku” uğrunda keçirilən yarışda idmançılarımız 5:4 hesabı ilə qalib gələrək kubokun sahibi olublar.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU