Azərbaycanın multikulturalizm ənənələri Berlində təbliğ olunacaq

Tədbirlər
16 iyun 2023 | 14:51   
Paylaşın:        

Milli Məclisin İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov iyunun 17-də Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərinə səfər edəcək.

Millət vəkili səfərdə “Azərbaycanda yəhudi irsi” adı ilə keçirilən tədbirdə  iştirak edəcək.  Avropada fəaliyyət göstərən yəhudi təşkilatlarının, Almaniyanın dövlət və hökumət rəsmilərinin, Bundestaqın üzvlərinin və akademik dairələrin nümayəndələrinin qatılacağı tədbir çərçivəsində, həmçinin “Azərbaycanda yəhudi irsi” adlı fotokitabın təqdimatının və  sərginin keçirilməsi də nəzərdə tutulub.

Səfər iyunun 22-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU