Milli Məclisin sədri Sahibə Qafarova Avstriya Respublikasına rəsmi səfərə gəlib

Sədrin səfərləri
19 iyun 2023 | 16:33   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti iyunun 19-da Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə rəsmi səfərə gəlib.

Nümayəndə heyətinə Milli Məclisin komitə sədrləri Tahir Mirkişili (Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri), Siyavuş Novruzov, deputatlar  Sahib Alıyev, Azər Kərimli, Elnur Allahverdiyev, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Vyana Beynəlxalq hava limanında nümayəndə heyətini Avstriya parlamentinin Protokol İdarəsinin rəisi Eva Russek, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və digər rəsmi şəxslər qarşılayıblar.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU