MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında

Milli Məclisin deputatı İqbal Məmmədov MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında iştirak etmək üçün iyunun 22-də Qırğız Respublikasının Çolpon-Ata şəhərinə səfər edəcək.
İclasda MDB PA-nın büdcəsinə üzvlük haqlarının köçürülməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə baxılacaq, assambleyanın gəlir və xərclər smetasında, habelə qurumun fəaliyyətinin bir sıra istiqamətlərinin maliyyə təminatlarında dəqiqləşdirmələrin aparılması müzakirə ediləcək və digər məsələlər nəzərdən keçiriləcək.
Səfər iyunun 25-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi