Milli Məclisin deputatları ATƏT Parlament Assambleyasının 30-cu illik sessiyasının işində iştirak edəcəklər

Tədbirlər
25 iyun 2023 | 10:08   
Paylaşın:        

Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev, nümayəndə heyətinin üzvləri Tahir Mirkişili  və Tural Gəncəliyev 30 iyun – 4 iyul tarixlərində Kanadanın Vankuver şəhərində keçiriləcək ATƏT Parlament Assambleyasının 30-cu illik sessiyasının işində iştirak edəcəklər.

Millət vəkilləri qurumun Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitələrinin və Daimi komitənin yığıncaqlarında iştirak edəcəklər.

Sessiya zamanı deputatlarımız Azərbaycanla Ermənistan arasındakı münasibətlərin cari durumu haqqında çıxışlar edəcək, ölkəmizin maraqlarına aid məsələləri diqqətə çatdıracaqlar.

İyulun 1-də Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə yaradılmış İpək Yolu Qrupunun növbəti iclası keçiriləcək.

Deputatlarımız qurumun tədbirlərində qaldırılacaq məsələlərə öz münasibətini bildirəcəklər.

Səfər iyulun 5-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU