Polşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq

Tədbirlər
25 iyun 2023 | 17:39   
Paylaşın:        

Milli Məclisin deputatı Müşfiq Məmmədli  iyunun 27-də Polşanın paytaxtı Varşava şəhərinə səfər edəcək.

Səfər çərçivəsində deputatımız Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizin Polşadakı səfirliyinin inzibati binasının ərazisində Ulu Öndərin  büstünün açılış mərasimində iştirak edəcək.

Tədbirdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə məlumat veriləcək, onun Azərbaycan dövlətçilik tarixindəki rolu və müstəsna xidmətlərindən bəhs ediləcək.

Açılış mərasimində Polşa hökumətinin,  Senat və Seyminin, diplomatik missiyaların nümayəndələri iştirak edəcəklər.

Səfər iyunun 29-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU