Deputatlar Rusiya Federasiyasına səfər edəcək

Tədbirlər
04 iyul 2023 | 09:37   
Paylaşın:        

Milli Məclis sədrinin birinci müavini, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası əməkdaşlıq komissiyasının (PƏK) həmsədri Əli Hüseynli, deputatlar Emin Hacıyev, Azər Badamov və Elnur Allahverdiyev Parlamentlərarası əməkdaşlıq komissiyasının 19-cu iclasında iştirak etmək üçün iyulun 5-də Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcəklər.

İclasın gündəliyinə uyğun olaraq, Parlamentlərarası əməkdaşlıq komissiyasının Rusiya tərəfindən olan nümayəndə heyətinin tərkibində dəyişiklik, parlamentlərarası əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri, Azərbaycan və Rusiya arasında sərhədyanı ərazilərdə, nəqliyyat-logistika sahəsində, habelə elmi-texniki sahədə əməkdaşlıq, PƏK-in 20-ci yubiley iclası barədə məsələlər müzakirə olunacaq.   

Səfər iyulun 7-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU