Milli Məclisin deputatları Gürcüstanda səfərdədirlər

Tədbirlər
04 iyul 2023 | 15:27   
Paylaşın:        

Milli Məclisin deputatları - Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev və Rauf Əliyev Gürcüstanın paytaxtı Tbilisi şəhərində səfərdədirlər.

Deputatlar səfər çərçivəsində Gürcüstanda yaşayan soydaşlarımızın, xüsusilə gənc nəslin təmsil olunduğu ictimai qurumların Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin dəstəyi ilə təşkil etdiyi bir sıra tədbirlərə qatılacaqlar.

Səfər iyulun 5-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU