Deputatlar Özbəkistanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcəklər

Tədbirlər
05 iyul 2023 | 12:21   
Paylaşın:        

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, parlamentin komissiya sədri Eldar İbrahimov, deputatlar Cavanşir Paşazadə, Elman Nəsirov, Arzu Nağıyev MDB PA-nın xətti ilə, Fazil Mustafa, Anar Məmmədov TÜRKPA-nın xətti ilə iyulun 9-da Özbəkistan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Daşkənd şəhərinə səfər edəcəklər.

Deputatlarımız seçki məntəqələrində aparılan hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermə zamanı vətəndaşların fəallığına, prosedur qaydalarına riayət olunmasına diqqət yetirəcəklər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU